Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandasının rəqibi İspaniya və Braziliya yığmaları ilə qarşılaşacaq

    Yohamim Löv: Bu oyunlar dünya çempionatında nələrin baş verəcəyini hiss etmək imkanı yaradacaq

    Bakı. 11 mart. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Almaniya yığması yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq.

    "Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, Yohamim Lövün baş məşqçisi olduğu kollektiv mundiala hazırlıq çərçivəsində İspaniya və Braziliya milli komandaları ilə üz-üzə gələcək.

    İspanlarla gölüş martın 23-də Düsseldorfda, braziliyalılarla oyun isə 4 gün sonra Berlində baş tutacaq.

    Y.Löv bildirib ki, bu komandalara qarşı görüşlər 2018-ci il 14 iyun - 15 iyul tarixlərində Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində böyük önəm kəsb edir. O, Almaniya yığmasının mundialda çempion titulunu qorumaq üçün əlindən gələni edəcəyini söyləyib: "Dünyanın ən yaxşı komandaları ilə yoldaşlıq matçı təşkil etdiyimiz üçün çox sevinirəm. İspaniya və Braziliya il oyunlar dünya çempionatında nələrin baş verəcəyini hiss etmək imkanı yaradacaq. Bu rəqiblərdən biri ilə mundialın fınalında qarşılaşmaq da əla olardı".

    Qeyd edək ki, martın 26-da 2018-ci il dünya çempionatının seçmə mərhələsinin V turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası ilə üz-üzə gələcək Almaniya yığması hazırda 12 xalla C qrupunda liderdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi