Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandasının rəqibi heyətini açıqlayıb - SİYAHI

    Şimali İrlandiya yığmasına 24 futbolçu çağırılıb

    Bakı. 11 mart. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə C qrupunda yer alan Şimali İrlandiya yığmasının heyəti açıqlanıb. "Report"un Şimali İrlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Maykl O`nil martın 26-da Norveç millisinə qarşı evdə keçirəcəkləri görüş üçün 24 futbolçuya dəvət göndərib.

    47 yaşlı mütəxəssis 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçunu yığmaya cəlb edib.

    Qapıçılar: Maykl MakQovern ("Norviç", İngiltərə), Alan Mannus ("Sent-Conston", Şotlandiya), Roy Kerrol ("Linfild")

    Müdafiəçilər: Qaret MakOli, Conni Evans, Kris Brant (hamısı "Vest Bromviç", İngiltərə), Aron Hyuz ("Harts", Şotlandiya), Konor MakLaflin ("Flitvud", İngiltərə), Li Hodson ("Reyncers", Şotlandiya), Rayan MakQivern ("Şrusberi", İngiltərə), Tom Flanaqan ("Barton", İngiltərə), Kreyq Katkart ("Uotford", İngiltərə)

    Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Nayall MakQinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Brayton", İngiltərə), Ceymi Uard ("Birmingem", İngiltərə), Korri Evans ("Blekbörn", İngiltərə), Styuart Dallas ("Lids", İngiltərə), Mattyu Land ("Roçdeyl", İngiltərə), Pol Peton ("Sent-Conston ", Şotlandiya)

    Hücumçular: Kayl Lafferti ("Birmingem", İngiltərə), Konor Vaşinqton ("Kuinz Park Reyncers", İngiltərə), Coş Macennis ("Çarlton", İngiltərə), Liam Boys ("Ross Kaunti", Şotlandiya).

    Qeyd edək ki, Azərbaycan milli komandası səfərdə Şimali İrlandiya yığmasına 0:4 hesabı ilə uduzub. Bu kollektivlə növbəti görüş iyunun 10-da Bakıda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi