Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandasının Almaniya yığması ilə oyun üçün heyəti açıqlanıb

    Heyətə yeni futbolçular çağırılıb© Report.az

    Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki 26 oyunçuya dəvət göndərib. 

    Onlardan 8-i əcnəbi klublarda çıxış edir. Xorvatiyalı mütəxəssis yerli klublardan "Qarabağ"ın 7, "Qəbələ"nin 5, "Neftçi" və "Zirə"nin hərəyə 2, "İnter" və AZAL-ın hərəyə 1 oyunçusunu yığmaya çağırıb. Zədəli Səlahət Ağayevin yoxluğunda autsayder AZAL-ın qapıçısı Aqil Məmmədov milliyə dəvət alıb. İlk dəfə əsas komandaya çağırılan futbolçu isə Almaniya "Ayntraxt"ında forma geyinən Renat Dadaşovdur.  

    Martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. 

    SOYAD, ADKLUB
    Kamran AğayevBoavişta (Portuqaliya)
    Anar NəzirovZirə
    Aqil MəmmədovAZAL
    Tərlan Quliyevİnter
    Bədavi HüseynovQarabağ
    Rəşad SadıqovQarabağ
    Maksim MedvedevQarabağ
    Pavel PaşayevStal (Ukrayna)
    Maqomed MirzabekovQəbələ
    Ürfan AbbasovQəbələ
    Ruslan AbışovNeftçi
    Rahid ƏmirquliyevQarabağ
    Qara QarayevQarabağ
    Dmitri NazarovAue (Almanya)
    Eddi İsrafilovKadis (İspaniya)
    Emin MahmudovBoavişta (Portuqaliya)
    Elvin MəmmədovZirə
    Cavid HüseynovQəbələ
    Araz AbdullayevQəbələ
    Əfran İsmayılovQarabağ
    Ağabala RamazanovQarabağ
    Ruslan QurbanovQəbələ
    Namik ƏləskərovNeftçi
    Ramil ŞeydayevJilina (Slovakiya)
    Renat DadaşovAyntraxt (Almanya)
    Deniz YılmazBursaspor (Türkiyə)
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi