Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək Türkiyənin “Beşiktaş” klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq
Futbol
9 Mart , 2017 07:04
Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

“Report”un məlumatına görə, Belçikanın üç, Rusiyanın, Almaniyanın iki, Danimarka, Hollandiya, Kipr, İngiltərə, Fransa, İtaliya, İspaniya, Yunanıstan və Türkiyənin isə bir təmsilçisi yarışın qalibi olmaq uğrunda mübarizəni davam etdirir.

Belçikanın üç klubundan ikisi – “Gent”lə “Gent” bir-birinə rəqib olub. Püşk Almaniya komandaları – “Şalke” və Mönhenqladbax “Borussiya”sını üz-üzə qoyub ki, bu da turnirə əlavə rəng qatır.

Avropa Liqasının qalibi olmağa əsas namizədlərdən sayılan “Mançester Yunayted”i Rusiyada “Rostov”la, “Roma”nı isə Fransada “Lion”la duel gözləyir.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi matç isə Yunanıstanda baş tutacaq. 1/6 finalda Türkiyənin “Osmanlıspor” klubunu mübarizədən kənarlaşdıran “Olimpiakos” “Beşiktaş”ı qonaq edəcək.

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

9 mart

22:00 “Kopenhagen” (Danimarka) – “Ayaks” (Hollandiya)

Baş hakim: Artur Diaş (Portuqaliya)

22:00 APOEL (Kipr) – “Anderlext” (Belçika)

Baş hakim: Manuel de Souza (Portuqaliya)

22:00 “Rostov” (Rusiya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Feliks Tsvayer (Almaniya)

00:05 “Gent” (Belçika) – “Genk” (Belçika)

Baş hakim: Paolo Talyavento (İtaliya)

00:05 “Lion” (Fransa) – “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

00:05 “Selta” (İspaniya) – “Krasnodar” (Rusiya)

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

00:05 “Olimpiakos” (Yunanıstan) – “Beşiktaş” (Türkiyə)

Baş hakim: Danni Makkeli (Hollandiya)

00:05 “Şalke” (Almaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)

Baş hakim: Byorn Keypers (Hollandiya)

Son xəbərlər

Orphus sistemi