Yuxarı
    Bağlamaq

    ​AVRO-2016: Şimali İrlandiya 1/8 finala vəsiqə qazanıb - VİDEO

    Komanda vurulan və buraxılan qollar arasında 0 fərq ilə 3 xal toplayıb

    Bakı. 22 iyun. REPORT.AZ/ Şimali İrlandiya yığması Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqəni özünə təmin edib.

    "Report" xəbər verir ki, çərşənbə axşamı "D" kvartetində qrup mərhələsinin həlledici oyunları başa çatıb.

    Qrupda üçüncü yeri vurulan və buraxılan qollar arasında "-2" fərq ilə 3 xal toplayan Türkiyə tutub.

    Bundan əvvəl eyni göstərici ilə (3 xal, "-2") "A" kvartetində Albaniya komandası üçüncü olub.

    Almaniya, Polşa və Ukrayna ilə bir qrupda çıxış edən Şimali İrlandiya yığması vurulan və buraxılan qollar arasında 0 fərq ilə 3 xal toplayıb və artıq öz qruplarında üçüncü yeri tutmuş komandalar arasında ən yaxşı dördlüyə düşməyi bacarmış olub.

    Bunadək Rusiya, İngiltərə və Uels ilə "B" qrupunda çıxış edən Slovakiya yığması "play-off"a vəsiqəni özünə təmin etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi