Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən Avropa çempionatının növbəti 1/8 final görüşü keçirilib.
"Report" xəbər verir ki, "erkən final" adlandırılan oyunda İtaliya İspaniya ilə qarşılaşıb.
Görüş italyanların hücumları ilə başlayıb və bu, 33-cü dəqiqədə öz səmərəsini verib: Corc Kiellini qapıçının cərimə zərbəsindən qaytardığı topu tora daxil edib.
Matçın ikinci hissəsində ispanlar təzyiqi artırsalar da, bu bir nəticə verməyib. Əvəzində ispanları əks hücumda yaxalayan İtaliya oyuna əlavə olunmuş dəqiqələrdə hesabı 2:0-a çatdırıb. Qraziano Pelle fərqlənib.
İtaliya 1/4 finalda son dünya çempionu Almaniya ilə qarşılaşacaq.