Yuxarı
    Bağlamaq

    ​AVRO-2016-da bürünc medal verilməyəcək

    İki dəst medal hazırlanıb - qızıl və gümüş

    Bakı. 30 iyun. REPORT.AZ/ Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən Avropa çempionatının yarımfinalında məğlub olmuş komandalara bürünc medallar təqdim etməyəcək.

    "Report"un verdiyi məlumata görə, bu barədə TASS agentliyi UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

    "İki dəst medal hazırlanıb - qızıl və gümüş. Hər dəstə 40 medal daxildir. Hazırkı çempionatın nəticələrinə görə, bürünc medallar təqdim edilməyəcək", - UEFA-nın mətbuat xidmətindən bildiriblər.

    İsveçrənin "Faude & Huguenin" şirkəti tərəfindən hazırlanan medalların çəkisi 150 qram, diametri 6 sm-dir.

    Cümə axşamı Avropa çempionatının 1/4 final mərhələsi başlanır. Marseldə Polşa və Portuqaliya yığmaları qarşılaşacaq.

    Final qarşılaşma iyulun 10-da Sen-Denidə keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi