Bakı. 13 iyun. REPORT.AZ/ Futbol üzrə XV Avropa çempionatının "C" qrupunda Almaniya və Ukrayna komandaları güclərini sınayıb. "Report" xəbər verir ki, qarşılaşma Almaniya komandasının 2:0 qələbəsi ilə başa çatıb.
Qolları 19-cu dəqiqədə Şkodran Mustafi və ikinci hissəyə əlavə edilmiş artırma dəqiqələrində Bastian Şvaynştayger (90+2 dəq.) vurub.