AVRO-2016: 1/8 final mərhələsinin ilk 3 oyunu üçün təyinatlar açıqlanıb

AVRO-2016: 1/8 final mərhələsinin ilk 3 oyunu üçün təyinatlar açıqlanıb İsveçrə - Polşa oyunu ingiltərəli hakimlərə tapşırılıb
Futbol
23 İyun , 2016 17:45
AVRO-2016: 1/8 final mərhələsinin ilk 3 oyunu üçün təyinatlar açıqlanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin ilk 3 oyununa hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, qarşılaşmalardan 2-si İngiltərə, digəri isə İspaniyadan olan hakimlərə tapşırılıb.

25 iyun, 1/8 final

17:00. İsveçrə - Polşa

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dürdüncü hakim: Tasos Sidiropulos

Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyen. "Joffrua Gişar" stadionu

20:00. Uels - Şimali İrlandiya

Baş hakim: Martin Atkinson

Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld

Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

Dördüncü hakim: Feliks Brıx

Ehtiyat köməkçi-hakim: Mark Borş (hər ikisi Almaniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

Paris. "Park de France"

23:00. Xorvatiya - Portuqaliya

Baş hakim: Karlos Velasko Karbalyo

Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,

Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)

Dördüncü hakim: Viktor Kassai

Ehtiyat köməkçi-hakim: Györgi Rinq (hər ikisi Macarıstan)

Hakim-inspektor: Devid Elleray (İngiltərə)

UEFA nümayəndəsi: Alan Mkray (Şotlandiya)

Lans. "Boller Delelis" stadionu

Qeyd edək ki, 1/8 finalın digər görüşləri 26-27 iyunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi