Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Azərbaycan yığmasına qarşı oynaya bilməyəcək

Almaniyanın "Leyptsiq" klubunun futbolçusu Azərbaycan yığmasına qarşı oynaya bilməyəcək Buna Tim Vernerin İngiltərə ilə yoldaşlıq görüşündə zədələnməsi səbəb olub
Futbol
23 Mart , 2017 10:33
Almaniyanın Leyptsiq klubunun futbolçusu Azərbaycan yığmasına qarşı oynaya bilməyəcək

Bakı. 23 mart. REPORT.AZ/ "Leyptsiq" klubundan Almaniya yığmasına ilk dəfə çağırılmış futbolçu Tim Verner Azərbaycan milli komandasına qarşı 2018-ci il Dünya Çempionatının seçmə qrup matçında çıxış edə bilməyəcək. "Report"un məlumatına görə, buna 21 yaşlı hücumçunun İngiltərə ilə yoldaşlıq görüşündə zədələnməsi səbəb olub.

Verner baldır əzələsindən aldığı zədə üzündən 77-ci dəqiqədə əvəzlənməli olub. Baş məşqçi Yoahim Löv zədənin ciddi olduğunu və gənc forvardın evinə yola salınacağını bildirib: "Vernerdən Azərbaycanla oyunda yararlana bilməyəcəyik".

Qeyd edək ki, Bundestim Azərbaycan millisi ilə martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. Görüş saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi