Almaniya milli komandası Bakıda şəhər gəzintisinə çıxıb

Almaniya milli komandası Bakıda şəhər gəzintisinə çıxıb Gəzintidə komandanın bir neçə futbolçusu iştirak edib
Futbol
25 Mart , 2017 14:32
Almaniya milli komandası Bakıda şəhər gəzintisinə çıxıb

Bakı. 25 mart. REPORT.AZ/ Bakıda səfərdə olan futbol üzrə Almaniya milli komandasının üzvləri bu gün paytaxt gəzintisinə çıxıblar. 

"Report"un Almaniya Futbol İttifaqının sosial şəbəkələrdəki səhifələrinə istinadən verdiyi məlumata görə, gəzintidə qurumun rəsmiləri və Bundestimin bir neçə futbolçusu iştirak edib. Onlar bələdçinin müşayiəti ilə Şirvanşahlar Sarayı, Qız Qalası, İçəri Şəhər və digər görməli yerlərdə olublar. 

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi