Zeynəb Xanlarova növbədənkənar parlament seçkilərində iştirak etməyəcək

Zeynəb Xanlarova növbədənkənar parlament seçkilərində iştirak etməyəcək Milli Məclisin deputatı Zeynəb Xanlarova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Daxili siyasət
349
8 Yanvar , 2020 14:27
Zeynəb Xanlarova növbədənkənar parlament seçkilərində iştirak etməyəcək

Milli Məclisin deputatı Zeynəb Xanlarova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. 

“Report”un əldə etdiyi məlumata görə, 83 yaşlı deputat namizədliyini irəli sürməyib. 

Z.Xanlarova sonuncu dəfə Milli Məclisə 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi. 

Qeyd edək ki, Z.Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-V çağırış) deputatı olub.

Son xəbərlər

Orphus sistemi