Yuxarı
    Bağlamaq

    Zakir Qaralovun qəbul vaxtı dəyişdirilib

    Qəbulun keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcək

    Bakı. 20 may. REPORT.AZ/ Baş prokuror Zakir Qaralovun mayın 22-də Goranboyda keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların iştirak etməsi planlaşdırılan qəbulun keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi