"Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil".
Bunu "Report"a açıqlamasında ötən gün vəfat edən deputat Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
"Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək", - deyə mərhum deputatın qızı bildirib.
*** 09:42
Bunu "Report"a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.
Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.