YAP "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsini təklif edir

YAP "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsini təklif edir Siyavuş Novruzov: "Bir sıra partiyalar Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı vermir"
Daxili siyasət
1 Fevral , 2016 13:16
YAP Siyasi partiyalar haqqında qanuna dəyişiklik edilməsini təklif edir

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməsini təklif edib. "Report" xəbər verir ki, o, çıxışı zamanı bir sıra partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı vermədiklərini xatırladıb.

"Təəssüf ki, partiyaları buna məcbur etmək mexanizmi qanunda nəzərdə tutulmayıb. Bu da qeyri-şəffaflıq yaradır. Yaxud da bir səhifə ağ kağız göndərir ki, onun maliyyə dövriyyəsi ümumiyyətlə yoxdur. Lakin baxanda görürsən ki, hər birinin aparatında onlarla işçi çalışır, hər bir sədrin 4-5 cangüdəni var və bahalı avtomobillərdə gəzir. Sual olunur ki, gəlir və ya çıxar yoxdursa, qaranlıq mənbələr nədən ibarətdir?! Bu baxımdan, "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməlidir", - komitə sədri fikirlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi