Bakı. 20 fevral. REPORT.AZ/ “Müxalifətin mitinqlərdə səsləndirdiyi fikirlərin əsası yoxdur. Onlar hökumətin atdığı addımları öz adlarına çıxırlar”.
Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, müxalifət keçirdiyi mitinqlərdə xalqa yanlış məlumatlar verirlər: “Prezident
Növbəti mitinqin problemli kreditlərə həsr olunmasına münasibət bildirən YAP rəsmisi qeyd edib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verib: “Bu məsələ araşdırılır, həlli istiqamətində addımlar atılır. Kreditlərlə bağlı məsələyə yanaşma iki cürdür: 1. Kənd təsərrüfatının inkişafı üçün fermer təsərrüfatı yaratmaq, kiçik sahibkarlıq obyektlərini yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər. 2. Bahalı avtomobillərin alınması üçün və digər bu tip götürülən kreditlər. Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti və yaxud da hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri isə əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Bu isə yanaşma tam fərqli olmalıdır. Yəni bu məsələlər araşdırılır. Bilirsiniz ki, Konstitusiya Məhkəməsi də dollar kreditləri ilə bağlı qərar qəbul edib ki, bu məsələ bankla razılaşdırılmalıdır. Təbii ki, kommersiya bankları var ki, uzun illərdir fəaliyyət göstərir, kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər. Bunlar mitinq edir ki, problemli kreditlər həll ediləndə, desinlər, “Biz mitinq keçirdik, hökumət problemi həll etdi”. Fevralın 19-da keçirilən Milli Məclisin plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliklə Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırıldı. Dünyanın heç bir yerində əmanətlər 100 faiz sığortalanmır. Yəni Azərbaycanda bank bağlansa da, vətəndaş pulunu geri ala biləcək, dövlət bunu öz üzərinə götürür. Avropanın bir çox aparıcı dövlətlərində əmanətlər 30-60 faiz arası sığortalanır. Azərbaycan yeganə dövlətdir ki, əmanətləri 100 faiz sığortalayır. Bu da 8 milyarda yaxın vəsait tələb edir. Bu, insanların inam və etibarını artırır. Hələ ötən ildən Prezident İlham Əliyev problemi kreditlərin həlli ilə bağlı göstəriş verib. İnsanlar müxalifətin yalanlarına uymamalıdır. Digər bir müxalifyönlü qüvvə deyir ki, imza toplayaq, müraciət edək, təqaüdlər artırılsın. Təqaüdlər kifayət qədər artırılıb, ehtiyac olacaqsa, yenə artırılacaq. Təzyiqlə əməkhaqqı, təqaüd artırıla bilməz. Dövlət başçısı çıxışlarında həmişə deyir ki, hər şey vətəndaşın layiqli yaşaması üçündür. Baxın Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman imzalayıb. Bu fərman 400-dən artıq çoxmənzilli yaşayış binası ilə bağlı problem həll ediləcək. İndi deyəcəklər, bunu da müxalifət təklif edib. Hökumət bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlayır. Bu da müxalifəti əndişələndirir, bilmirlər, hansı üsula əl atsınlar”.