Bakı. 31 yanvar. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci il üzrə maliyyə hesabatını
Bu barədə “Report”un sorğusuna cavab olaraq partiyadan məlumat verilib.
Xatırladaq ki, yanvarın 30-da YAP İdarə Heyətinin toplantısı keçirilib.
İclasda YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə hesabat verilib. Bildirilib ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 9 413 001 manat olub. Bunun 8 045 144 manatını üzvlük haqları, 1 367 857 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib. Bundan əlavə, hesabat ilinin əvvəlinə partiyanın cari və ehtiyat hesablarında 6 446 014 manat olub.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 4 671 869 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 633 991 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 184 197 manatı ezamiyyə xərclərinə, 447 067 manatı inventarların alınmasına, 6 882 258 manatı Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının tikintisinə, 232 863 manatı təmir işlərinə, 453 255 manatı kommunal və təsərrüfat xərclərinə, 288 019 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 71 125 manatı bank xidmətinə, 57 692 manatı dəftərxana xərclərinə, 33 035 manatı çap işlərinə, 212 817 manatı isə sair xərclərə sərf edilib.
Beləliklə, hesabat ilinin sonuna partiyanın cari hesablarında 1 937 374 manat qalıb.