Yuxarı

YAP-ın məşhur funksionerlərindən biri vəfat edib

O, dünyasını Almaniya xəstəxanalarından birində dəyişib

Bakı. 7 yanvar. REPORT.AZ/ İctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov vəfat edib. Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib.

Qeyd edək ki, məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi