Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik" - YENİLƏNİB

Daxili siyasət
  • 28 noyabr, 2019
  • 11:08
Əli Əhmədov: Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik - YENİLƏNİB
Əli Əhmədov
Report / Elchin Murad

"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın".

"Report" xəbər verir ki, bunu partiyanın sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik", - Ə.Əhmədov əlavə edib.


*** 15:01

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.

"Report" xəbər verir ki, mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.

Mətbuat konfransında YAP icra katibinin müavinləri Siyavuş NovruzovMübariz Qurbanlı da iştirak edir.

Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.