YAP-a qoşulan partiyanın sədri: "Partiyamız fəaliyyətini dayandırdı"

YAP-a qoşulan partiyanın sədri: "Partiyamız fəaliyyətini dayandırdı" "Partiyamızın keçmiş üzvləri hazırda YAP-ın üzvləridir"
Daxili siyasət
754
5 Mart , 2021 13:51
YAP-a qoşulan partiyanın sədri: Partiyamız fəaliyyətini dayandırdı
Gülayə Səfərova

"Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında hakim partiya qoşulmaq üçün müraciətlərə baxıldı və partiya sıralarına qəbul edildik. Biz də müharibədən sonra illərlə yaşadığımız həsrət hissinə son qoyan, Qarabağımızı bizə qaytaran, dünyada böyük nüfuza malik olan liderimizin rəhbərlik etdiyi ən güclü partiyanın sıralarına qoşulduğumuz üçün özümüzü xoşbəxt hiss edirik".

Bunu “Report”a açıqlamasında YAP-a qoşulmuş Azərbaycan Yurddaş Partiyasının sədri Gülayə Səfərova deyib.

“Düşünürəm ki, bundan sonra da fəaliyyətimizi YAP sıralarında davam etdirəcəyik. YAP güclü partiyadır və bizim qoşulmağımızla da siyasi arenada güc nümayiş olunacaq. Hər şey daha yaxşı və gözəl olacaq. Ən əsası, cənab Prezident qoşulmaq istəyən partiyalara “evimizə xoş gəldiniz” dedi, çox gözəl qarşıladı. Düşünürəm ki, cənab Prezidentin rəhbərliyi altında əvvəllər də olduğu kimi yenə dövlətimizin, müstəqilliyimizin qorunub saxlanılması üçün əlimizdən gələni edəcəyik, - G.Səfərova deyib.

O əlavə edib ki, Yurddaş Partiyasının fəaliyyəti martın 1-dən dayandırılıb. Yurddaş Partiyasının keçmiş üzvləri hazırda YAP-ın üzvləridir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında 6 partiya YAP-a qoşulub.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası (1992-ci ildə qeydiyyata alınıb, sədri Rafiq Turabxandır)

2. Azərbaycan Kəndli Partiyası (1992-ci ildə qeydiyyata alınıb)

3. Milli Qurtuluş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədri Vüqar Orucdur)

4. Azərbaycan Yurddaş Partiyası (1993-cü ildə qeydiyyata alınıb, sədr Gülayə Səfərova)

5. Azərbaycan Milli Hərəkat Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Samir Səfərovdur)

6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası (1994-cü ildə qeydiyyata alınıb, sədri Qasım Qasımovdur)

Son xəbərlər

Orphus sistemi