Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.
Daxili siyasət
22 Dekabr , 2021 12:31
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.

Son xəbərlər

Orphus sistemi