Şəhərdə qırğın törədildiyini 1992-ci il fevralın 27-də bildik.
"Report" xəbər verir ki, bunu Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan və bu gün Bakıda dəfn olunan Bəsirə Məhərrəmovanın qardaşı Hümbət Allahverdiyev deyib.
O qeyd edib ki, şəhərdə qırğın törədiləndə ilkin olaraq, 2 nəfərin öldürüldüyü haqqında rəsmi xəbər yayılsa da, Xocalıda bir nəfər də sağ adam qalmamışdı:
“Bir ay Ağdamda qaldıq. Nə qədər çalışsaq da, bacımız və onun həyat yoldaşı haqqında məlumat əldə edə bilmədik.
Bu ilin mart ayında qalıqları tapıldı, məlum oldu ki, hər ikisi eyni yerdə öldürüb. Bəsirə yaşasaydı, indi 70 yaşı olacaqdı”.