Vətən müharibəsi qazisi Şamaxı İcra Hakimiyyətində vəzifəyə təyin olunub

Vətən müharibəsi qazisi Şamaxı İcra Hakimiyyətində vəzifəyə təyin olunub Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Daxili siyasət
16 Fevral , 2021 22:04
Vətən müharibəsi qazisi Şamaxı İcra Hakimiyyətində vəzifəyə təyin olunub
Cəlal Bayramov

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Bu barədə “Report”a icra hakimiyyətindən bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Belə ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

Son xəbərlər

Orphus sistemi