DİN “Xəzri” İstirahət Mərkəzinə yollayışların verilməsi üçün müraciətin qəbulu üzrə reqlamentdə dəyişiklik edib

DİN “Xəzri” İstirahət Mərkəzinə yollayışların verilməsi üçün müraciətin qəbulu üzrə reqlamentdə dəyişiklik edib Dəyişikliklə bağlı qərarı daxili işlər naziri Ramil Usubov imzalayıb
Daxili siyasət
17 Fevral , 2016 13:43
DİN “Xəzri” İstirahət Mərkəzinə yollayışların verilməsi üçün müraciətin qəbulu üzrə reqlamentdə dəyişiklik edib

Bakı. 17 fevral. REPORT.AZ/ “Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi barədə” qərarında dəyişiklik edilib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı daxili işlər naziri Ramil Usubov imzalayıb. Bu xidmət Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi qaydalarını əhatə edir.

Qaydaya görə, yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir. Bundan sonra şikayətə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq. Dəyişiklikdən əvvəl isə müddət müəyyən olunmamışdı.

Son xəbərlər

Orphus sistemi