Vəkilliyə yeni qəbul olunan üzvlər üçün seminar keçirilib
Daxili siyasət
- 13 iyul, 2018
- 09:44
Bakı. 13 iyul. REPORT.AZ/ Vəkilliyə yeni qəbul olunan üzvlər üçün “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda seminar keçirilib.
Vəkillər Kollegiyasından “Report”a verilən məlumata görə, 25 nəfər vəkilin iştirak etdiyi seminar Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilib.
Bir gün davam edən seminar Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini Aydın Axundov, Vəkillər Kollegiyasının üzvü, GİZ-in eksperti Elçin Usub və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov tərəfindən aparılmış və inzibati prosesdə mübahisələndirmə barədə iddia və onun yoxlanılması, məcburetmə barədə iddia və onun yoxlanılması kimi mövzuları əhatə edib.
Son xəbərlər
21:03
İrlandiyada bir kişi balta ilə ABŞ-nin hərbi təyyarəsinə hücum edib
Digər ölkələr20:59
Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır
Digər ölkələr20:57
KİV: İran və ABŞ arasında ekspert məsləhətləşmələri başa çatıb - YENİLƏNİB
Region20:55
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Mədəniyyət siyasəti20:47
Zaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb"
İnfrastruktur20:39
ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"
İnfrastruktur20:33
Ağ Ev İran və ABŞ arasında birbaşa danışıqların aparıldığını təsdiqləyib
Digər ölkələr20:31
Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"
İnfrastruktur20:18