Vəkillər Kollegiyası: Çoxsaylı hüquqşünas vəkil olmaq üçün bizə müraciət edib

Vəkillər Kollegiyası: Çoxsaylı hüquqşünas vəkil olmaq üçün bizə müraciət edib “Bununla bağlı ən qısa zamanda ixtisas imtahanları keçiriləcək”
Daxili siyasət
8 Noyabr , 2017 16:58
Vəkillər Kollegiyası: Çoxsaylı hüquqşünas vəkil olmaq üçün bizə müraciət edib
Report.az

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Vəkillər Kollegiyası məhkəmələrdə nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin qəbuluna dair açıqlama yayıb.

“Report”un xəbərinə görə, açıqlamada bildirilib ki, adıçəkilən əlavə və dəyişikliklər ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır və öz mahiyyəti etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib: “Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək”.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə 7 noyabr 2017-ci il tarixli sərəncamı ilə vəkillərin sayının artırılması Vəkillər Kollegiyasına tövsiyə olunub. Buna nail olmaq üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən bütün zəruri tədbirlər həyata keçiriləcək: “Belə ki, çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət edib. Bununla bağlı ən qısa zamanda ixtisas imtahanları keçiriləcək və imtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Eyni zamanda hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də, qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda, Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər.

Sonda bir daha bildiririk ki, Vəkillər Kollegiyası qəbul olunmuş əlavə və dəyişiklikləri dəstəkləyir və bu istiqamətdə üzərinə düşən vəzifələrin lazımınca icrasını təmin edəcək”.

Son xəbərlər

Orphus sistemi