Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, yaşlı qadının oğlu tərəfindən təhqir olunmasını əks etdirən video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə ailədaxili mübahisə zamanı Kamran Abbasovun yaşlı anasını söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra onu vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədir. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.