Ukraynanın UNİAN informasiya agentliyi 1990-cı ildə Sovet İttifaqının Qarabağ məsələsində ədalət tələb edən silahsız insanlara qarşı qoşun yeritdiyi və onlara qarşı vəhşicəsinə davrandığı 20 Yanvar hadisələrindən bəhs edən
"Report"un Şərqi Avropa bürosunun əməkdaşı Mubariz Aslanovun yazdığı məqalədə 20 Yanvar tarixinin Azərbaycan tarixinə hüznlü, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi yazıldığı qeyd edilir, şəhidlərin öz qanları ilə ölkənin yeni tarixini - qəhrəmanlıq, igidlik və milli dirçəlişini yazdıqları vurğulanır.
“1990-cı ildə Azərbaycanda baş verən bu hadisələr miqyasına və strateji istiqamətinə görə Sovet ordusunun 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Çexoslovakiyada apardığı hərbi əməliyyatlarla müqayisə edilə bilər. Lakin o zaman Qırmızı Ordunun qələbəsi Pirr qələbəsi oldu. Bakıdakı hərbi əməliyyatdan sonra isə SSRİ-nin dağılması qaçılmaz prosesə çevrildi”, - məqalədə deyilir.