TÜRKPA-nın müşahidəçiləri Azərbaycana gəliblər

TÜRKPA-nın müşahidəçiləri Azərbaycana gəliblər Bakı. 10 aprel. REPORT.AZ/ Prezident seçkilərini izləyəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçiləri Azərbaycan gəliblər.
Daxili siyasət
10 Aprel , 2018 10:39
TÜRKPA-nın müşahidəçiləri Azərbaycana gəliblər
Report

Bakı. 10 aprel. REPORT.AZ/ Prezident seçkilərini izləyəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçiləri Azərbaycan gəliblər.

TÜRKPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü  Berik Ospanov, Qırğız Respublikası Joqorku Keneşinin deputatları Duişon Torokulov və  Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Haluk İpek və cənab Ceyhun İrgil daxildir.

Bu gün TÜRKPA müşahidəçilərinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarixi işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Seçki günü müşahidə missiyası seçki prosesini izləmək məqsədilə Bakı, Sumqayıt və Abşeron rayonun bir sıra seçki məntəqələrini ziyarət edəcək.

Bildirilib ki, aprelin 11-də axşam radələrində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrinin təqdimatı gözlənilir. Növbəti gün isə TÜRKPA və Türk Şurası müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcəklər.

Son xəbərlər

Orphus sistemi