Türkiyədən bu gün qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı açıqlandı

Türkiyədən bu gün qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı açıqlandı Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı növbəti çarter reys həyata keçiriləcək.
Daxili siyasət
17 Mart , 2020 08:09
Türkiyədən bu gün qayıdacaq azərbaycanlılar üçün uçuş vaxtı açıqlandı

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı növbəti çarter reys həyata keçiriləcək.

Türk Hava Yollarından “Report”a verilən məlumata görə, Bakıya olan uçuşa yalnız Azərbaycan vətəndaşları, İstanbul şəhərinə nəzərdə tutulan uçuşa isə Türkiyə vətəndaşları qəbul ediləcək.

TK 68 90-91:

ISTANBUL  -GYD -11:00 (Yerli vaxtla) sadəcə Azərbaycan vətəndaşları

GYD - İSTANBUL - 15:50 (Yerli vaxtla) sadəcə Türkiyə vətəndaşları

Son xəbərlər

Orphus sistemi