Türkiyə səfiri: "Heydər Əliyevin qurduğu, yaratdığı, ucaltdığı əsər Azərbaycan Respublikasıdır"

Türkiyə səfiri: "Heydər Əliyevin qurduğu, yaratdığı, ucaltdığı əsər Azərbaycan Respublikasıdır" "Heydər Əliyev təkcə Azərbaycan deyil, Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığı və ümumilikdə türk dünyası üçün çox önəmli dövlət adamıdır"
Daxili siyasət
12 Dekabr , 2014 18:45
Türkiyə səfiri: Heydər Əliyevin qurduğu, yaratdığı, ucaltdığı əsər Azərbaycan Respublikasıdır
Bakı. 12 dekabr. REPORT.AZ/ "Bu torpaqlarda yaşanan hər cür hissiyyatı biz Türkiyədə öz qəlbimizdə hiss edirik. Bizim ulu öndərimiz vaxtilə bunu kədərdə də, acıda da, sevincdə də birlikdə olduğumuzu ifadə edərək vurğuladı. Bu gün andığımız ümummilli lider Heydər Əliyev də bir millət, iki dövlət olduğumuzu söyləyərək əslində eyni fəlsəfəni çox zəki şəkildə vurğulayıb".

"Report"un məlumatına görə, bunu Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ulu öndərin məzarını ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun deyib.

Səfir bildirib ki, H.Əliyev təkcə Azərbaycan deyil, Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığı və ümumilikdə türk dünyası üçün çox önəmli dövlət adamıdır.

"Onun qurduğu, yaratdığı, ucaltdığı əsər Azərbaycan Respublikasıdır. Müstəqillik dövründən qısa zamanda təmin olunan böyük uğurlar heç şübhəsiz, vaxtilə çəkilən zəhmətin bəhrəsidir. Biz Azərbaycanın bu uğurları ilə fəxr edirik, digər tərəfdən də Türkiyə olaraq bunlara görə kimə borclu olduğumuzu xatırlamağı lazım bilirik. Bugünkü ziyarət də həmin minnət borcunun bir ifadəsidir. Mən də anadolulu qardaşlarımızın bir təmsilçisi, Türkiyənin buradakı səfiri kimi o minnəti bu şəkildə ifadə etməyə çalışdım", - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi