Azərbaycan Turizm Şurası ləğv edilib

Daxili siyasət
  • 26 dekabr, 2018
  • 14:08
Azərbaycan Turizm Şurası ləğv edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Turizm Şurası ləğv edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklə 2016-cı ildə yaradılan Turizm Şurası ləğv olunub.