Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər 2020-ci il 31 avqust saat 00:00-dək davam edəcək.
"Report" xəbər verir ki, bu narədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı verib.
Qərara əsasən, aşağıdakı məhdudiyyətlər qüvvədədir.
• iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;
• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
• mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;