"Möhtərəm Prezidentimiz
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik
O bildirib ki, müasir elmi-texniki inkişaf səviyyəsi milli təhlükəsizliyə qarşı yönələn potensial təhdidlərin sırasını genişləndirərək, ölkəmizin təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına uyğun qurulmasını labüdləşdirir və çevik yanaşma tələb edir: "Əminliklə demək olar ki, Prezident İlham Əliyev tərəfindən qurulmuş çoxşaxəli təhlükəsizlik sistemi ölkəmizə yönələn bütün qəsdlərin və təhdidlərin qarşısını almağa qadirdir. Hazırda bu sahədə əsaslı normativ baza yaradılmışdır, maddi-texniki təminat ən yüksək səviyyədədir, ciddi kadr potensialına malik sistem fəaliyyət göstərir. Son illər respublikamızda uğurla həyata keçirilən siyasət, ilk növbədə, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafına yönəlib. Cənab Prezidentin haqlı olaraq bəyan etdiyi kimi, Azərbaycan bu gün dünyada sülh və sabitlik adası olaraq tanınır, bütün dünyada sülh və sabitliyə töhfə verir. NATO-nun sülhyaratma missiyalarının tərkibində terrorçuluqla mübarizədə fəal iştirak edir".
R.Usubov vurğulayıb ki, dünyada sülh, sabitlik və təhlükəsizlik problemlərinin həllinə, eləcə də tolerant və multikultural ideyaların təbliğinə xidmət edən qlobal formatlı forumlar, konfranslar Bakı şəhərində keçirilir: "Bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi tellərlə bağlayan ölkə olduğunu bir daha göstərir. Belə tədbirlər sayəsində Azərbaycan hazırda dünyada demokratiya yolunda inamla irəliləyən, multikultural dəyərlərə sadiq olan, sürətlə inkişaf edən, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi tanınır".