Azərbaycanın bu rayonunda koronavirusa kütləvi yoluxma qeydə alındı
Daxili siyasət
- 17 sentyabr, 2020
- 13:21
Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, həmin ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub: "Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır.
Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər".
Son xəbərlər
13:55
MEDİA: Bəzi saytlar DİM-in statistik məlumatlarını şişirdilmiş başlıqlarla təqdim edib
Daxili siyasət13:38
Joze Mourinyo Qonsalo Qarsiyanı "Real"da saxlamaq istəyir
Futbol13:32
Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb
Biznes13:24
Foto
Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
Hərbi13:22
Qazaxıstanda yanacaqdoldurma məntəqəsində yanğın baş verib, üç nəfər ölüb
Digər ölkələr13:20
Türkmənistan və Malayziya energetika sahəsində əməkdaşlıq üzrə sazişlər zərfini imzalayıblar
Energetika13:13
Qazaxıstan yanacaq qıtlığının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirir
Energetika13:10
Pakistanda baş verən iki partlayış nəticəsində 7 nəfər ölüb
Digər ölkələr13:08