Tahir Budaqov və Sədaqət Qəhrəmanovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

Daxili siyasət
  • 18 noyabr, 2017
  • 12:20
Tahir Budaqov və Sədaqət Qəhrəmanovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Budaqov Tahir Yaqub oğlu və Qəhrəmanova Sədaqət Məmmədyar qızına “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.