Səxavət Əlisoy: "Müsavatdan istefa verənlər saxtakarlığa, ədəbsizliyə, yekəxanalığa xəyanət edib"
- 17 oktyabr, 2014
- 08:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 oktyabr. REPORT.AZ/ "Gənclik illərini Azərbaycanda demokratik dəyərlər uğrunda mübarizəyə sərf etmiş fədakar gəncləri xəyanətkar adlandırmaq açıq-aşkar qərəzdir".
"Report"un məlumatına görə, bunu Azərbaycanda müxalifyönlü Müsavat Partiyasının başqanlığına sabiq namizəd Səxavət Əlisoy "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. O, istefa verənlərlə bağlı partiyanın başqanı Arif Hacılının açıqlamasını onun xarakterinə uyğun olduğunu bildirib: "Fikrimcə, o gənclər Müsavata yox, saxtakarlığa, qeyri-demokratik mühitə, ədəbsizliyə, yekəxanalığa, populizmə, şüarçılığa, qeyri-səmimiliyə xəyanət edib. Müsavata kimin xəyanət etdiyini isə zaman göstərəcək".
Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı partiyadan istefa verənləri xəyanətkar adlandırıb.