Şuşada musiqili atəşfəşanlıq keçirilib

Şuşada musiqili atəşfəşanlıq keçirilib Şuşada atəşfəşanlıq başlayıb
Daxili siyasət
8 Noyabr , 2021 21:20
Şuşada musiqili atəşfəşanlıq keçirilib

8 noyabr Zəfər Günü münasibətilə Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq olub.

"Report" xəbər verir ki, Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsində qələbəsi şəhərdə təntənə ilə qeyd olunub.

Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.

21:05

8 noyabr Zəfər Günü münasibətilə Şuşada torpaqlarımızın işğaldan azad edilməsi və şanlı zəfər tariximizə həsr olunan musiqili atəşfəşanlıq keçirilir.

"Report" xəbər verir ki, Şuşanın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycanın Vətən Müharibəsində qələbəsi şəhərdə təntənə ilə qeyd olunur.

Atəşfəşanlığı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, “Cəngi”, “Qarabağ şikəstəsi”, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” və digər əsərlər müşayiət edib.

Xatırladaq ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardandır.

Zəfər Günü Şuşa ilə yanaşı, respublikamızın bölgələrində, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqdadır.

Son xəbərlər

Orphus sistemi