Şura I maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib

Şura I maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib Toplantıda 250-dən çox təşkilatın nümayəndəsi iştirak edib
Daxili siyasət
14 Aprel , 2016 15:05
Şura I maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ilin I maliyyə müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirib.

Şuradan "Report"a verilən məlumata görə, toplantıda 250-dən çox təşkilatın nümayəndəsi iştirak edib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək məlumatlandırma sessiyalarının layihələrin effektiv idarə olunmasını təmin etmək məqsədi ilə mütamadi qaydada keçirildiyini bildirib.

F.Qurbanov məruzəsində Katibliklə QHT-lər arasında imzalanacaq qrant müqavilələrinin müddəaları və öhdəliklər, layihələrin icra planı ilə bağlı ortaya çıxan məsələlər, icra olunan layihələrin səmərəliliyinin artırılması yolları, təşkil olunacaq tədbirlərin auditoriyasının peşəkar əsasda seçilməsi, maliyyə və təsviri hesabatların hazırlanması, nəticələrin qiymətləndirilməsi və digər məsələlərə toxunub. İcraçı direktor QHT-lərin müqavilə öhdəliklərinə və Şuranın təlimatlarına ciddi əməl etməsinin vacibliyini vurğulayıb.

Şura Katibliyinin baş mühasibi Emin Məmmədov layihə üzrə vəsaitlərin idarə olunması və maliyyə hesabatları barədə sessiya iştirakçılarına məlumat verib.

Son xəbərlər

Orphus sistemi