Sumqayıt və Abşeronda parlament seçkiləri - VİDEO
- 09 fevral, 2020
- 13:52
Sumqayıt şəhərində 4 seçki dairəsi üzrə 171126 nəfər seçici siyahıya alınıb.
"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, Sumqayıtda 4 seçki dairəsi üzrə fəaliyyət göstərən 134 məntəqədən 38-də vebkameralar quraşdırılıb.
Bu da seçki prosesini istənilən ünvandan rahatlıqla izləmək imkanı yaradır. Seçki prosesini isə yerli və xarici müşahidəçilər izləyir. Hazırda Milli Məclisə keçirlən seçkinin şəffaf və demokratik keçirilməsi üçün MSK tərəfindən hər cür şərait yaradılıb. Başlanan dəqiqədən etibarən seçki məntəqələrində hər hansı bir neqativ hal qeydə alınmayıb. Seçicilər öz layiqli namizədinə səs vermək üçün məntəqəyə axın edir.
45 saylı Abşeron seçki dairəsi üzrə 36 seçki məntəqəsi mövcuddur. Bu məntəqələrin 12-də səsvermənin gedişini vebkameraların vasitəsilə internetdən izləmək mümkündür. Abşeronun Xırdalan, Digah, Fatmayı, Goradil, Masazır, Mehdiabad və Məmmədli kəndlərində 47 min 844 seçici qeydiyyata alınıb.
50 saylı Abşeron-Qobustan seçki dairəsində 51 seçki məntəqəsi var. 7 seçki məntəqəsində səsverməni internetdən izləmək mümkün olub. Bu seçki dairəsində Abşeron üzrə qeydə alınmış seçicilərin sayı 49 min 58 nəfərdir. Abşeronun Aşağı Güzdək, Ceyranbatan, Güzdək, Hökməli, Novxanı, Pirəkəşkül-Qobustan, Qobu və Saray kənd və qəsəbələrində seçicilər öz layiqli namizədinə səs vermək üçün məntəqələrə axın ediblər. Seçki məntəqələrində hər hansı bir neqativ hal qeydə alınmayıb.