Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.
"Report" xəbər verir ki, monitorinqin nəticələrinə əsasən, Xarici İşlər Nazirliyinə məxsus stasionar əlaqə vasitəsinə (qaynar xətti yoxdur) günün birinci və ikinci yarısında edilən zənglərin əhəmiyyətli hissəsinə - 77,3%-nə cavab verilib, 22,7%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 23 saniyə, günün ikinci yarısında 22 saniyə olub.
Maliyyə Nazirliyinin qaynar xətti üzrə (stasionar nömrəsi yoxdur) günün birinci və ikinci yarısında edilən bütün zənglərə yüksək operativliklə cavab verilib. Başqa sözlə ifadə etsək, monitorinq müddətində nazirliyin qaynar xətti üzrə cavabsız zəng qeydə alınmayıb. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 13 saniyə olub.
Müdafiə Nazirliyinin stasionar nömrəsinə günün birinci və ikinci yarısında edilən zənglərin 54,5%-nə cavab verilib, 45,5%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 3 saniyə olub.
Qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərin 36,4%-i cavablandırılıb, 63,6%-i cavablandırılmayıb. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 4 saniyə təşkil edib.
Monitorinq müddətində Energetika Nazirliyinə məxsus stasionar nömrələr üzrə günün birinci və ikinci yarısında edilən zənglərin 95,5%-nə cavab verilib, 4,5%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 9 saniyə, günün ikinci yarısında 12 saniyə olub.
Qaynar xətt üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 95,5%, cavab verilməmiş zənglər 4,5% cavab verilib.Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 12 saniyə, günün ikinci yarısında 11 saniyə olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kommunikasiya xətləri üzrə monitorinqin nəticələrinin təhlilinə əsasən, stasionar əlaqə vasitəsinə edilən zənglərin mütləq əksəriyyəti cavablandırılıb. Belə ki, günün birinci və ikinci yarısında cavablandırılmış zənglər 81,8%, cavabsız zənglər 18,2% təşkil edib. Günün birinci yarısında stasionar əlaqə vasitəsinə edilən zənglərə cavab vermə üzrə orta müddət 8 saniyə, günün ikinci yarısında 6 saniyə olub.
Qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərin 95,5%-i cavablandırılıb, 4,5%-i cavablandırılmayıb. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 11 saniyə, günün ikinci yarısında 15 saniyə olub.
Gənclər və İdman Nazirliyinin qaynar xəttinə (stasionar nömrəsi yoxdur) günün birinci və ikinci yarısında edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 1 dəqiqə 48 saniyə, günün ikinci yarısında 1 dəqiqə 12 saniyə olub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59,2%) cavab verilib, 1328 zəngə (40,8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.
Monitorinq çərçivəsində dövlət orqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68,4%-nə (617 zəng) cavab verilib, 31,6%-nə (285 zəng) cavab verilməyib.
Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.
Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.