Yuxarı

ANAMA bir ayda 8 tank, 24 piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib

Son bir ayda 1 mina/PHS hadisəsi qeydə alınıb

Bakı. 9 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayı ərzində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında 1 056 733 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə "Report"a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 81 PHS, 8 ədəd tank əleyhinə mina və 24 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. İndiyədək cəmi 279,354,449 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 689,704-dir.

Ötən ay bir mina/PHS hadisəsi qeydə alınıb.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

Xatırladaq ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 121 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi