Bakı. 16 may.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, Azərbaycanda rus məktəbləri fəaliyyət göstərir: “Ermənistanda isə heç rus dilində bağça yoxdur. Biz beynəlxalq təşkilatların Rusiyaya qarşı mövqeyi fərqli olanda da həmişə neytrallığımızı qoruyuruq. Amma qarşı tərəf bunu nəzərə almır. Bununla bağlı Rusiya hökumətinə müraciət olunmalıdır. Bu cür addımlar münasibətlərin pisləşməsinə rəvac verir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq müraciət edəcəm ki, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın qeyri-hökumət təşkilatlarının fəaliyyəti yoxlanılsın, onlar hesabat versinlər”.