Siyavuş Novruzov kabel televiziyaları ilə bağlı cərimənin artırılmasını təklif edib

Siyavuş Novruzov kabel televiziyaları ilə bağlı cərimənin artırılmasını təklif edib Komitə sədri: “Cərimənin miqdarını elə həddə qoymaq lazımdır ki, məsuliyyətli olsunlar”
Daxili siyasət
16 May , 2017 14:54
Siyavuş Novruzov kabel televiziyaları ilə bağlı cərimənin artırılmasını təklif edib
Report

Bakı. 16 may. REPORT.AZ/ “Kabel televiziyaları vətəndaşların hüquqlarını pozur. Orada 5-6 adam oturur, pul qazanır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, kabel televiziyaları qanunun tələblərinə əməl etmirlər: “Ona görə də cərimənin miqdarını elə həddə qoymaq lazımdır ki, məsuliyyətli olsunlar. Hazırda cərimənin məbləği 150 manatdır. İzləyici məhkəməyə müraciət edərsə, onlar da 150 manatla işlərini həll edəcəklər. Bu xidmətlər keyfiyyətli deyil, qar yağanda, külək əsəndə kanal pozulur. Bundan başqa, vətəndaşa seçim imkanı da yaratmırlar. Bütün bunlara baxmayaraq, onların pulundan 1 manat kəsmək olmur”.

Son xəbərlər

Orphus sistemi