Siyasi partiya funksionerlərinin vaksinasiyasına başlanılıb - YENİLƏNİB

Siyasi partiya funksionerlərinin vaksinasiyasına başlanılıb - YENİLƏNİB Peyvəndləmə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həyata keçirilir
Daxili siyasət
23 Fevral , 2021 13:53
Siyasi partiya funksionerlərinin vaksinasiyasına başlanılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.

"Report" xəbər verir ki, peyvəndləmə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həyata keçirilir.

Xəstəxananın həkim-reanimatoloqu Samirə Ağalarova "Report"a bildirib ki, bu gün 22 siyasi partiya nümayəndəsi vaksinasiya edilib: "Onların heç birində əlavə təsirlər qeydə alınmayıb. Hər kəsi peyvənd olunmağa dəvət edirik. Yalnız bu yolla virusa qalib gələ bilərik".

Qeyd edək ki, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb.

Yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tətbiq edilir.

11:23

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya təmsilçilərinin vaksinasiyasına başlanılır.

Bu barədə “Report”a partiyalardan birindən məlumat verilib.

İlkin olaraq partiyalarda 50 yaşdan yuxarı olan funksionerlər peyvənd ediləcək.

Qeyd edək ki, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb.

Yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi