Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib

Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib
Daxili siyasət
9484
7 Noyabr , 2018 18:29
Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib
0 : 00
0 : 00

Şirvan. 7 noyabr. REPORT.AZ/ Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib. 

Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.