Səudiyyəli nümayəndə heyəti Zəngilanda "Ağıllı kənd"də olublar

Səudiyyəli nümayəndə heyəti Zəngilanda "Ağıllı kənd"də olublar Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyəti Zəngilanda "Ağıllı kənd"də olublar.
Daxili siyasət
18 Dekabr , 2022 16:17
Səudiyyəli nümayəndə heyəti Zəngilanda Ağıllı kənddə olublar

Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyəti Zəngilanda "Ağıllı kənd"də olublar.

"Report" xəbər verir ki, onlara "Ağıllı kənd”in mahiyyəti, layihə çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir.

Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərir.

Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

Son xəbərlər

Orphus sistemi