Bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib

Daxili siyasət
  • 10 noyabr, 2015
  • 13:59
Bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bir qrup gənc İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.

"Report" xəbər verir ki, aksiyanı Milliyyətçi Gənclər Təşkilatı təşkil edib.

Mitinq iştirakçıları İranda yaşayan Azərbaycan türklərinin təhqir olunmasına etiraz ediblər.

Aksiyanın qətnaməsi İran səfirliyinə təqdim olunub. Polisin müdaxiləsindən sonra etirazçılar səfirlik önündən kənarlaşdırılıblar.