Bakı. 23 dekabr. REPORT.AZ/ 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının (DSK) 12 saylı seçki məntəqəsində 1034 seçici qeydiyyata alınıb ki, bunun da 30 nəfəri ilk dəfə səs verən seçicilərdir. Seçki məntəqəsinin sədri Aytən Baxşıyeva "Report"un seçki prosesini izləyən əməkdaşına bildirib ki, məntəqədə 12 nəfər qeydiyyatdan çıxarılıb, 9 nəfər isə dünyasını dəyişib. Aytən Baxşıyeva əlavə edib ki, seçki məntəqəsindən 14 nəfər müşahidəçi qeydiyyatdan keçib. Məntəqə sədri qeyd edib ki, saat 11:00-a qədər 200-dək vətəndaş seçici hüququndan istifadə edərək səs verib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinə bu gün saat 8:00-dan etibarən start verilib.