Samir Mayılov Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilib

Daxili siyasət
  • 07 may, 2018
  • 15:22
Samir Mayılov Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilib

Bakı. 7 may. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir İlham oğlu Mayılovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.  

"Report"un məlumatına görə, S.Mayılov Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.